"Onlar bizi məhv etmək istəyirlər" - Rusiya rəsmisindən HƏYƏCAN TƏBİLİ

"Rusiya bir çox dünya liderlərini qıcıqlandırır”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

 

O, səbəb kimi ölkənin zəngin resurslarını, geniş ərazisini, adət-ənənələri və tarixini sevən, özünü təmin edən insanlara malik olmasını göstərib.

 

“Qərblilər ölkəmizi zəiflətməyə, parçalamağa, rus dilini, rus dünyasını məhv etməyə çalışırlar. Onlar öz rəqiblərini sıradan çıxarmaq və kiçik dövlətlərə parçalamaq texnologiyasını çoxdan işləyib hazırlayıblar”, - Patruşev söyləyib.

 

O, sözlərini təsdiqləmək üçün Londonun Birinci Dünya Müharibəsinin nəticələrinə görə imperiyaları dağıtdığını xatırladıb:

 

"Bu gün onlar belə fəaliyyət göstərirlər. Bunun bariz nümunəsi Yuqoslaviyadır. Beynəlxalq aləmdə müstəqil, söz sahibi olan dövlət altıya bölünüb. Buna görə də qərblilərin planları Rusiyanı parçalamaq və sonda onu sadəcə olaraq dünyanın siyasi xəritəsindən silmək olaraq qalır. Bu gün də onlar açıq şəkildə qışqırırlar ki, Rusiya vahid qalmamalıdır və onu 15-ci əsrin Moskvası çərçivəsinə salmaq lazımdır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR