ABŞ bu xəbərlə ÇALXALANIR: Baydenin başı dərddə..

ABŞ bu xəbərlə ÇALXALANIR: Baydenin başı dərddə..

ABŞ Prezidenti Co Baydenin ofisindən məxfi sənədlər tapılıb.

 

Sfera.az bildirir ki, sözügedən məlumat qısa müddətdə ölkədə şok effekti yaradıb.

 

ABŞ mətbuatında çıxan xəbərlərə görə, məxfi sənədlər Baydenin keçmiş şəxsi ofisində aşkar edilib. Sənədlərin prezidentin 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi kabinetdə “bağlı şkafda” tapıldığı bildirilib. Sözügedən sənədlər Obama dövrünə aiddir. 

 

Ağ Evdən verilən açıqlamaya əsasən, ABŞ Ədliyyə Nazirliyi prezidentin keçmiş institutunun Vaşinqton ofisində tapılan potensial məxfi sənədləri nəzərdən keçirir. Prezidentin xüsusi müşaviri Riçard Sauber qeyd edib ki, məxfi məlumatları ehtiva edən bir neçə sənəd var. Onun sözlərinə görə, sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və ştatın milli arxiv agentlikləri ilə əlaqə saxlayıb. 

 

Xatırladaq ki, Bayden ötən müddətdə iqamətgahından gizli sənədləri olan keçmiş prezident Donald Trampı məsuliyyətsizlikdə ittiham etmişdi. İndi isə özü bu cür ittihamların müzakirə obyektinə çevrilib.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR