\"Azərbaycan və Ermənistan arasında bu tarixədək sülh olmayacaq...\" -  PROQNOZ

\

Artıq 29 gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəallar tərəfindən etiraz aksiyası keçirilir.

 

Bu müddətdə Xankəndi istiqamətində nəqliyyat vasitələrinin keçməsi üçün şərait yaradılıb. Lakin rus sülhməramlılarının Xankəndi istiqamətinə zəruri məhsullardan əlavə silah-sursat daşıdığı iddia olunmaqdadır. 

 

Maraqlıdır, bu prosesin qarşısını hansı yolla almaq olar? 

 

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Şuşa-Xanəndi yolunda ekoloji postun yaradılmalı olduğunu deyib:

 

"Rusiya sülhməramlı qüvvələrinin maşın kolonları yoxlanılmalıdır. Xankəndi-Şuşa yolunda etiraz aksiyasına baxmayaraq, Ermənistan və Rusiya tərəfi geri addım atmır. Bu onu göstərir ki, Rusiya  Azərbaycanın etnik ermenilər üzərində suverenliyinə imkan vermək istəmir. Ermənistan da öz qoşunlarını Qarabağdan çıxarmayaraq sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Etirazlar bir aydır davam edir və mütləq şəkildə burada daimi ekoloji post yaradılmalıdır. Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin maşın karvanı yoxlanmalıdır. Çünki Rusiya sülhməramlı qüvvələrinin maşınlarında silah- sursat daşınır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda ermənilərə təminat daşımaq kimi nə öhdəlikləri, nə də vəzifəsi var. Onların həmin ərazidən daimi maşın kolonunun keçməsi əsaslı şübhələr yaradır. Azərbaycan tərəfi Xankəndi-Şuşa yolunda etiraz aksiyalarından geri çəkilməməli sona qədər buna gedərək ekoloji postu təsis etməlidir". 

 

Politoloq may ayına kimi Azərbaycanla Ermənistan arasındakı danışıqlarda müsbət nəticənin olmayacağını qeyd edib

 

"Azərbaycanla Ermənistan arasında danışıqlarda pauza var. Vaşinqton prosesi aparmaq və sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Moskvanın mövqeyinə gəldikdə isə Vladimir Putinin vasitəçiliyi ilə bir neçə sənəd imzalansa da, prosesin dalanda qalması maraqlarına cavab verir. Brüssel formatına gəldikdə, burada əsas pozuculuq fəaliyyətini Fransa edir. Yalnız ABŞ prosesi apara bilər. Həmçinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara İrəvana təzyiq edə bilər. 2023-ci il may ayına kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda müsbət irəliləyişlər olmayacaq. Türkiyədə cənab Ərdoğanın seçkilərdə qələbə qazanması ilə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində ciddi irəliləyişlər əldə olunacaq".

 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...