Putin Qorbaçovla MÜQAYİSƏ EDİLDİ: SSRİ prezidentinin hansı addımı ona dərs olub?

Putin Qorbaçovla MÜQAYİSƏ EDİLDİ: SSRİ prezidentinin hansı addımı ona dərs olub?

Rusiya prezidenti Vladimir Putin keçmiş SSRİ prezidenti Mixail Qorbaçovla müqayisə edilib.

 

Sfera.az bildirir ki, Almaniyanın “Junge Welt” Putinin Qorbaçovun təcrübəsini nəzərə aldığını yazıb. Nəşr qeyd edib ki, Rusiya NATO ilə münaqişənin kəskinləşməsini istəməsə də, bu, baş verir:

 

“Bunun qarşısını almaq üçün Rusiya NATO-nun bütün Şərqi Avropaya nəzarət etmək iddiasına təslim olmalı və öz ambisiyalarından əl çəkməli idi. Mixail Qorbaçov buna cəhd etdi və bu, Rusiyanın xeyrinə olmadı. Əgər Vladimir Putin 1990-cı illərdən hansısa dərs alıbsa, o da, budur”, - məqalə müəllifləri vurğulayıb.

 

Alman qəzetinin müşahidəçiləri hesab edirlər ki, NATO rəhbərliyi Rusiyanın nə qədər səbirli olduğunu yoxlamaq istəyir. Xatırladaq ki, Fransa Ukraynaya “Western AMX-10 RC” piyada döyüş maşınları göndərmək qərarına gəlib. Britaniyanın “The Daily Telegraph” qəzeti bu addımı hərbi tabuların pozulması adlandırıb. Almaniya və ABŞ həmçinin, Ukrayna Silahlı Qüvvələri üçün piyada döyüş maşınları göndərəcək.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...