Medvedevdən Zelenskinin “atəşkəs” təklifini rəddinə SƏRT REAKSİYA: “Donuzların..."
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın atəşkəs təklifindən imtina etməsinə reaksiya verib.
Sfera.az bildirir ki, o, “Telegram” hesabında bununla bağlı paylaşım edib. Medvedev hesab edir ki, Kiyev Moskvanın təklif etdiyi Milad atəşkəsindən imtina edərək “xristian mərhəmətinin əlini” rədd edib.
“Biz onlara mərhəmət əlimizi uzatdıq, amma liderləri bunu rədd etdi. Lakin düşünürəm ki, müharibədə iştirak edən əsgərlərimizin çoxu ukraynalıların atəşkəs təklifini rədd etdiklərini eşidəndə dərin nəfəs alıblar. Bu, Rusiya üçün daha az problem və daha az hiyləgərlikdir”.
Medvedev həmçinin, "Amma donuzların heç bir imanı və fitri minnətdarlıq hissi yoxdur. Onlar yalnız kobud gücü başa düşürlər", sözləri ilə Qərbə mesaj ünvanlayıb.
Təhlükəsizlik Şurası rəhbərinin müavininin fikrincə, Qərbin Kiyevə təlim keçməsi də buna əsaslanır və bu proses davam etdiriləcək.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyat zonasında yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb. Ukrayna hakimiyyəti isə bu təklifə mənfi reaksiya verib.
Türkan