Medvedev ABŞ-ni TƏHQİR ETDİ: “Nasistlərin əsl varisləri...”
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ ilə bağlı sərt çıxış edib.
Sfera.az bildirir ki, o, Amerika səfirliyinin ruslara müraciətinə münasibət bildirib. Vaşinqtonun Ukraynada hərbi əməliyyatlara sponsorluq etdiyini vurğulayan qurum rəsmisi, “Onlar minlərlə insanı öz əli ilə qətlə yetirir, sonra rusları sülhə çağırırlar”, deyə bildirib.
Medvedev həmçinin, sözügedən müraciəti pisləyib:
“Bu, sinizmdir. Bəli, əslində belə cəfəngiyyatları danışan “fahişələrin övladları” Reyxin təbliğat naziri Cozef Qebbelsin (Nasist Partiyasının lideri, Üçüncü Reyxin əsas təbliğatçısı və Hitlerin ən yaxın silahdaşı və dostu) əsl varisləridir”, - Medvedev qeyd edib.
O əlavə edib ki, hərbi əməliyyatların ortaqları heç vaxt bağışlanmayacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Moskvadakı səfirliyi ruslara sülhlə bağlı çağırış edib.
Türkan