Zare Sinanyan: \"Laçınla bağlı fəallaşacağıq\"
Yaxın həftələrdə erməni diasporu Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı kəskin fəallaşacaq.
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə hökumətin iclasından sonra Ermənistanın diasporla iş üzrə baş komissarı Zare Sinanyan deyib. O deyib ki, müxtəlif ölkələrdə erməni icmalarının resursları səfərbər edilib və diaspor gəncləri fəal işləyirlər.
Sinanyanın sözlərinə görə, ötən gün Los-Anceles meri Karen Bass ABŞ-ın Laçın dəhlizinin açılmasına daha fəal cəhd göstərməsi üçün səy göstərəcəyini bəyan edib.
Qeyd edək ki, artıq 26-cı gündür ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlılar tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə davam etdirilir.
Əzizə