ABŞ Azərbaycan və Ermənistan liderlərini görüşdürmək marağında...- Məqsəd nədir?

ABŞ Azərbaycan və Ermənistan liderlərini görüşdürmək marağında...- Məqsəd nədir?

"2023-cü ilin ilk iş günündən Vaşinqton Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını ələ almış oldu. Bu təşəbbüs Vaşinqtonun real sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda maraqlı olduğunu göstərir". 

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, E.Blinkenin Azərbaycan və Ermənistanla müzakirə edəcəyi məsələlərdən danışıb:

 

"ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla telefon danışacaq. 
E.Blinken hər iki tərəflə aparacağı  telefon danışığında sülh müqaviləsinin bağlanması istiqamətində əldə olunan razılaşmaların icrası və Laçın dəhlizi ilə bağlı məsələlər, həmçinin İrəvanın Vaşinqton gündəliyinə qayıtmasını müzakirə edəcək.

Qeyd edim ki, ABŞ Dövlət katibinin xarici işlər nazirlərinin növbəti görüşünü təşkil edəcəyi gözlənilir. Vaşinqton bu görüşü təşkil etməklə İrəvanın manipulyasiya siyasətinin qarşısını almaqla, konkret predmet üzrə müsbət nəticəyə yönələn mövqe ortaya qoymağı planlayır. Əgər xarici işlər nazirləri görüşəcəksə, mart ayına kimi Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşü təşkil edilə bilər. Belə bir görüşün keçirilməsində ABŞ israrlıdır və Moskvanın vasitəçiliyini kənarlaşdırmaq üçün bu il maksimum diplomatik hərəkətliliyi artıracaq". 

 

Ekspert Azərbaycan və Ermənistan liderləri arasında keçirilə biləcək görüşdən də danışıb. M.Əsədullazadənin sözlərinə görə, tərəflərin görüş yeri üçün iki mümkün ehtimal var:


"Moskvadan fərqli olaraq Vaşinqton Cənubi Qafqazda sülhün əldə edilməsinə çalışır və Azərbaycanın tədqim etdiyi sülh təkliflərini sülhün əsas komponenti olaraq  qəbul edir. Ağ Ev liderlərin görüşünü Avropada deyil, Vaşinqton yaxud Tiflisdə təşkil edə bilər. Azərbaycan ABŞ-ın vasitəçiliyinə etimad edir. Amma rəsmi İrəvanın mövqeyində kardinal dəyişikliklər etmək üçün Vaşinqtonun  siyasi təzyiqinə ehtiyac var. Dəyişən geosiyasi reallıqlar fonunda N.Paşinyan Vaşinqton gündəliyindən kənarlaşarsa, Azərbaycan güc tətbiq etmək məcburiyyətində qala bilər. 

Vaşinqton gündəliyində dəhliz məsələsinə gəldikdə, ABŞ həm Laçın, həm də Zəngəzur dəhlizində hər iki tərəfin suverenliyinin tətbiq olunmasını təklif edir. Azərbaycanın belə bir varianta razı olub-olmaması elan edilməyib. Amma Ermənistan Laçın dəhlizində Azərbaycanın nəzarətinə qarşıdır. Qeyd edim ki, N.Paşinyan Rusiya variantına üstünlük verdiyini ötən ilin son aylarında açıqlamasında qeyd etsə də, Vaşinqtonun son təzyiqləri fonunda N. Paşinyan Tiflisdə görüşün keçirilməsi ideyasını dəstəklədiyini vurğulayıb". 

 

Əzizə 


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...