Vilayət Eyvazovdan əmr - Bu rayona yeni yol polisi rəisi təyin edildi
Kateqoriya məlum deyil
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.
Sfera.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xaçmaz DYP-nin rəisi vəzifəsinə Füzuli Əsədov təyinat alıb. O, bu təyinatadək Xızı DYP-nin rəisi olub.
Xatırladaq ki, Xaçmaz DYP-nin sabiq rəisi Elnur Quliyev rüşvət qalmaqalına görə işdən çıxarılmışdı. Yayılan görüntülərdə polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi əks olunmuşdu.






