Logo

Gömrük generallarının həbs müddəti uzadıldı

Gömrük generallarının həbs müddəti uzadıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.

Sfera.az xəbər  verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsaslı hesab olunub.

Qərara əsasən, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri daha 3 ay uzadılıb.

Qeyd edək ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.

Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR