Çində MÜHÜM DƏYİŞİKLİK: “Yeni nazirin işi çətin olacaq”

Çində MÜHÜM DƏYİŞİKLİK: “Yeni nazirin işi çətin olacaq”

Çin yeni ilə mühüm dəyişikliklə daxil olub. Ölkənin ABŞ-dakı səfiri Qin Qanq yeni xarici işlər naziri təyin edilib. 

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Qin Qanq səfir vəzifəsində çalışarkən dünyadakı mövcud vəziyyətlə bağlı açıqlamalar verib, məqalələr yazıb:

 

“Belə məqalələrdən biri “The National Interest” dərgisində yayımlanıb.  Səfir həmin məqalədə ABŞ-ı dövlətləri “demokratik” və “avtoritar” hissələrə bölməməyə çağırıb. Səfir Rusiya-Ukrayna müharibəsi haqqında isə “müharibədə qaliblər olmur” ifadəsini işlədib. Qin Qanqın bu iki yanaşması onun nazir kimi siyasətini də formalaşdıracaq. Ancaq Pekinin siyasəti ilə bağlı ondan asılı olmayan məsələlər var. “ABŞ-la Çin arasındakı fərqlərə baxmayaraq, bir-birimizi dinləməyi bacarmalıyıq” deyən Qin Qanq qarşılıqlı əməkdaşlıqdan faydalanmağın vacib olduğunu bildirib. Qin Qanqa çətin olacaq. Pekin Tayvan adasını geri qaytarmaq istəyir, Hindistanla sərhəd problemi var, Yaponiyanın bir neçə adasına iddialıdır. Bu amillər ABŞ-ın Çinə qarşı siyasətini sərtləşdirib. Bundan başqa Vaşinqton bölgədə Çinə qarşı müttəfiq dövlətlərlə bloklar formalaşdırıb. Qin Qanq bütün bu məsələlərin həlli ilə məşğul olacaq”.

 

Ekspert vurğulayıb ki, Pekin bir tərəfdən müharibə istəmədiyini bəyan edir, digər tərəfdən bölgədə hərbi varlığını gücləndirməklə məşğuldur:

 

“Pekinin Kremllə ittifaqı gücləndirməsi də Vaşinqtonu narahat edən amillərdəndir. Rusiya və Çin liderləri bir neçə gün əvvəl telefonla danışaraq ittifaqı gücləndirmək barədə qərar veriblər.  Bu baxımdan Qin Qanq Kommunist Partiyasının və ölkənin lideri Si Cinpinin xarici siyasətdə təlimatlarını yerinə yetirəcək. Qin Qanq “müharibədə qaliblər olmur” desə də, lideri Si Cinpin “Tayvan adasını Çinə birləşdirmək üçün lazım gələrsə, güc yolundan da istifadə edəcəyik” prinsipini irəli sürüb. Bu isə müharibə deməkdir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...

Nazir: "Türkiyə və Azərbaycan hərbçiləri üç ölkə ilə birlikdə hərəkət etməyə hazırdır"

Türkiyə, Azərbaycan, Özbəkistan, Qətər və Pakistan hərbi birlikləri birgə hərəkət etməyə hazırdırlar.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstan müda...

Türkiyəli müğənnini Bakıya ad gününə çağırdılar - FANTASTİK MƏBLƏĞ

Tanınmış türk müğənni Petek Dinçöz Bakıda ad günündə iştirak edib.   Sfera.az xəbər verir ki, bununla bağlı aparıcı Elgiz Əkbər məlumat verib. &nb...

“Hizbullah” Beyruta endirilən aviazərbələrdə komandir və döyüşçü itkiləri olduğunu AÇIQLADI

“Hizbullah” hərəkatının silahlı qanadı Beyrutun cənub ətrafına İsrailin raket hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü bildirib....