“Naxçıvanda yolun açılması üçün aksiyalar keçirilməlidir” – Fazil Mustafa + VİDEO
Bu gün Milli Məclisin payız sessiyasının sonuncu iclasında çıxışı zamanı millət vəkili Fazil Mustafa Bakıda yaranan tıxac probleminə və Qarabağda ermənilərin keçirdiyi aksiyalara toxunaraq maraqlı təkliflərlə çıxış edib.
Sfera.az xəbər verir ki, F.Mustafa Bakıda tıxac probleminin həlli üçün şəffaf tender keçirilməsini istəyib. Onun fikrincə, tenderdə xarici ölkələrə aid şirkətlər iştirak etməlidir. Xankəndində ermənilərin yolun açılması ilə bağlı keçirdiyi mitinqə də toxunan millət vəkili bu aksilayara cavab olaraq Naxçıvanda Muxtar Respublikanın blokadadan çıxarılması, Ermənistan üzərindən Azərbaycanla əlaqəni təmin edəcək dəhlizin açılması üçün kütləvi aksiyaların keçirilməsini təklif etdi.
Millət vəkilinin çıxışını aşağıdakı videodan izləmək olar.
Orxan






