Logo

Vasif Talıbovun prokuror qardaşının yerinə TƏYİNAT

Vasif Talıbovun prokuror qardaşının yerinə TƏYİNAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.

Sfera.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.

Sənan Paşayev indiyədək Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR