Logo

İlham Əliyev koronavirusla mübarizəyə 70 milyon ayırdı

İlham Əliyev koronavirusla mübarizəyə 70 milyon ayırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gələn il icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsindən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub.

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, bu istiqamətə 70 000 000,0 ayrılması nəzərdə tutulur. Nəzərdə tutulmuş vəsaitin bölgüsünü Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.

Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR