Logo

Paşinyan Putinə ŞİKAYƏTLƏNDİ: “İndi belə çıxır ki…”

Paşinyan Putinə ŞİKAYƏTLƏNDİ: “İndi belə çıxır ki…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Bu gün üçün ən vacib məsələ Laçın dəhlizindəki böhrandır”.

Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya lideri ilə ikitərəfli görüşdə deyib.

“Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehlik sahəsidir”, - deyə Paşinyan bildirib.

Paşinyanın iddiasına görə, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin, yüklərin maneəsiz keçidinə zəmanət verib:

“Belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və onun həlli üçün variantları müzakirə etmək istərdim”.

Musavat.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR