Logo

Sankt-Peterburq görüşündə Prezidentlərə üzük hədiyyə edildi – Üzərində nə yazılıb? +FOTO

Sankt-Peterburq görüşündə Prezidentlərə üzük hədiyyə edildi – Üzərində nə yazılıb? +FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitdə MDB ölkələrinin rəhbərlərinə ittifaqın əməkdaşlıq rəmzləri olan üzüklər hədiyyə edilib.

Sfera.az xəbər verir ki, MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü üçün xüsusi olaraq 9 üzük hazırlanıb. Onların üzərində Yeni il münasibəti ilə təbriklər var.

Mətbuatda Belarus Prezidenti Aleksandr Lukaşenkonun üzüyünün fotosu yayımlanıb.

Sankt-Peterburq görüşündə Prezidentlərə üzük hədiyyə edildi – Üzərində nə yazılıb? +FOTO

Xatırladaq ki, ötən gün Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərinin ənənəvi qeyri-rəsmi sammiti keçirilib.

İclasda  Azərbaycan, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak ediblər. Qonaqların hər birini Rusiya Federasiyasının Prezidenti Vladimir Putin şəxsən qarşılayıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR