Vasif Talıbov istefadan bir gün əvvəl harada olub?

Vasif Talıbov istefadan bir gün əvvəl harada olub?

Ötən həftə, dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Onun 27 ilik postundan imtinaya səbəb kimi səhhətində problemin olması göstərilib. Lakin Vasif Talıbovla uzun illər bir yerdə işləmiş şəxslər onun sağlıq durumunun qaydasına olduğunu düşünürlər.

 

Sfera.az-ın Modern.az-a istinadən məlumata görə, Ali Məclisin deputatları və digər əməkdaşlar V.Talıbov istefa verən günə qədər onun səhhətində hər hansı ciddi problem yaranması barədə məlumatlı olmayıblar.

 

Hətta bildirilir ki, keçmiş “Naxçıvan xanı” dekabrın 20-dək işə gəlib-gedib. O, sonuncu dəfə Ali Məclisdə elə həmin gün olub. Növbəti gün, yəni istefa verdiyi gün işə gəlməyib və uzun illər çalışdığı kolletivlə sağollaşmayıb. Ali Məclisin keçmiş sədrinin dekabrın 21-də harada olduğu bilinmir.

 

Məlumata görə, Talıbovun istefa qərarı Naxçıvanın deputatlarını da təəccübləndirib. Onlara Ali Məclisin təcili iclasının keçirilməsinin səbəbi izah olunmayıb. Yalnız iclasın gedişində bundan xəbər tutublar.

 

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, ötən həftə gözlənilmədən vəzifəsindən istefa verib. Daha sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik təsis edib. Ölkə başçısının sərəncamı ilə Fuad Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...