“Laçın dəhlizində baş verənlər...” - Rusiya xarici işlər nazirinin müavinindən açıqlama

“Laçın dəhlizində baş verənlər...” - Rusiya xarici işlər nazirinin müavinindən açıqlama

Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir.

Sfera.az xəbər verir ki, bunu "TASS"a açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

 

Onun sözlərinə görə, əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər. Qaluzin bildirib ki, Rusiya tərəfi oktyabrın 31-də Soçi sammitindən sonra Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq danışıqlar prosesinə yardım etməyə hazırdır.

 

"Şübhəsiz ki, Laçın dəhlizi ətrafında insidentlər danışıqların fonunu, o cümlədən sülh müqaviləsini çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Biz bütün məsələlər üzrə birgə işi bərpa etməyi səbirsizliklə gözləyirik. Rusiya ən qısa zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına nail olmağa çalışır", - deyə Qaluzin vurğulayıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...