Elm və təshil nazirinin müavinin dəbdəbəli villlası - FOTO

Elm və təshil nazirinin müavinin dəbdəbəli villlası - FOTO

Tez-tez ölkədə məmurların milyonluq villaları ortaya çıxır. Bu dəfə də daha bir yüksək vəzifəli şəxsin dəbdəbəli villasının görüntüləri yayılıb.

 

Sfera.az xəbər verir ki, elm və təshil nazirinin müavini Muxtar Məmmədov özünə Şüvəlan Qəsəbəsində 3 mərtəbəli villa tikdirib.

 

Geniş həyətyanı sahəyə sahib olan villada yaşayışın olmadığı görünür. Bu da onu göstərir ki, nazir müavinin bu vilaya da ehtiyyacı yoxdur. Məlumata görə, Muxtar Məmmədovun bundan başqa da mülkləri mövcuddur.

 

Qeyd edək ki,  Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib.

 

2013-cü ildən isə Təhsil Nazirliyində (İndiki Elm və Təhsil Nazirliyi) çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.  Hazırda o, elm və təhsil nazirinin müavini vəzifəsini icra edir. Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunub.

 

Faktmedia.az


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...