Bu gün MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

Bu gün MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.

 

Sfera.az bildirir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.

 

İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev ümidvar olduğunu bildirib ki, sammit həm Birlik çərçivəsində, həm də Belarus və Rusiya İttifaq dövlətində əməkdaşlığın möhkəmlənməsinə əlavə təkan verəcək. Xüsusən Belarus Prezidenti Aleksandr Lukaşenko şənbə günü Rusiyaya gəlib, eyni zamanda Ulduzlar şəhərciyində Kosmonavtların Hazırlıq Mərkəzinə baş çəkib. Bazar günü Lukaşenko təyyarə ilə Sankt-Peterburqa uçub.

 

Özbəkistan tərəfinin verdiyi məlumata görə, qeyri-rəsmi sammitin iştirakçıları MDB məkanında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək, ötən ilin əsas yekunlarına yekun vuracaq və praktiki əməkdaşlığın prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparacaqlar. (Report)


OXŞAR XƏBƏRLƏR

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...