Bakının 8 kəndi tələb etməsinə İrəvandan HƏYASIZ CAVAB

Bakının 8 kəndi tələb etməsinə İrəvandan HƏYASIZ CAVAB

Nə 9 (10) noyabr tarixli Üçtərəfli Bəyanatda Ermənistan tərəfi belə öhdəlik götürüb, nə də digər şəkildə.

 

Sfera.az xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycan XİN başçısı Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Ermənistanın 2020-ci ilin noyabrında 8 kəndi azad edəcəyini vəd etdiyi, ancaq bu razılaşmanı yerinə yetirmədiyi haqda açıqlamasını “Azadlıq” radiosuna şərh edərkən deyib.

 

O bildirib ki, dərc olunan müqavilələrdə yazılanlardan və imzalananlardan başqa heç bir müqavilə yoxdur.

 

O iddia edib ki, Azərbaycanın xarici işlər nazirinin bu sözləri uydurmadır və 10 noyabr Bəyanatının maddələrinin ölkəsi tərəfindən pozulmasına haqq qazandırmaqdır:

 

“Ermənistan dəfələrlə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Azərbaycan SSR arasında inzibati sərhəddə yerləşdirilməsini təklif edib”.

 

Qeyd edək ki, Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycan SSR-in sərhədlərinə daxildir. Bu halda Mirzoyanın Azərbaycan kəndlərini işğalda saxlamağa davam edəcəklərini elan etməsi anlaşılmaz, məntiqsiz və açıq-aşkar işğal deməkdir.

 

Üstəlik, Azərbaycan təkidlə sərhədlərin delimitasiya və demarkasiya edilməsini tələb edir ki, “qoşunların dayanacağı yer” bəlli olsun. Ermənistan isə müxtəlif bəhanələrlə prosesi uzadır.

 

/Axar.az

 

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...