Putin ikinci Böyük Pyotr olmaq istəyir - ABŞ nəşri

Putin ikinci Böyük Pyotr olmaq istəyir - ABŞ nəşri

Rusiya prezidenti ona bütün həqiqəti deməyən məmurlara arxalanır.

 

Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadla yazıb.

 

ABŞ nəşrinə keçmiş Rusiya rəsmisi və Kremlə yaxın adamlar bildiriblər ki, prezident Vladimir Putin təcrid olunmuş siyasi fiqura çevrilib.

 

Mənbələrin sözlərinə görə, hər səhər dövlət başçısı diqqətlə hazırlanmış müharibə hesabatlarını oxuyur. O bunu Valday gölünün yaxınlığındakı iqamətgahında, ya da Soçidə edir. Rəqəmsal məmbədən çəkinən Rusiya prezidenti yalnız yazılı hesabatlara güvənir.

 

Mənbələrdən biri, keçmiş yüksək rütbəli Rusiya kəşfiyyatçısı deyib ki, cəbhə komandirləri Federal Təhlükəsizlik Xidmətinə (FSB - FTX) hesabat verirlər, o, hesabatlar redaktə olunur  və Təhlükəsizlik Şurasının ekspertlərinə, daha sonra Şura katibi Nikolay Patruşevə çatdırılır.

 

Ekaterina Vinokurova, İnsan Hüquqları Şurasının sabiq üzvü deyib: "Putinin ətrafındakı insanlar özlərini qoruyurlar. Onlar dərindən inanırlar ki, prezidenti narahat edəcək heç nə etməməlidirlər”.

 

O özünü tarixin səhvlərini düzəltmək üçün müqəddəs müharibə aparan min illik sivilizasiyanın nümayəndəsi kimi görür. Putin bu gün Böyük Pyotr kimi simaya sahib olmaq istəyir.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...