"Rusiya Ermənistana mesaj yollayıb ki..." - AÇIQLAMA

"Nikol Paşinyan və Ruben Vardanyan çarəsiz durumdadırlar".

 

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O, Ermənistanın çağırışlarının cavabsız qaldığını bildirib:

 

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dünən gün ərzində az qala zəng etmədiyi həmkarı qalmadı, hamıya Azərbaycandan şikayət etdi. İkinci Qarabağ müharibəsi zamanı Baş nazir Nikol Paşinyan telefondan ikiəlli yapışmışdı, hazırda o, bu işi nazirinə tapşırıb. Ermənistan hakimiyyəti son bir həftədə Azərbaycana qarşı bütün mümkün təzyiq alətlərdən istifadə etməyə çalışdı, ancaq nə BMT Təhlükəsizlik Şurasının “çağırışı”, nə ermənipərəst konqresmenlərin bəyanatları, nə də Fransa Prezidenti Emmanuel Makronun Bakıya zəngi Ermənistanla Qarabağı birləşdirən yoldakı etirazımıza əngəl oldu". 

 


Ekspert Kremlin İrəvana mesaj yolladığını qeyd edib:


"Proses davam edir. Humanitar yardıma maneə yoxdur, xəstələr yoldan istifadə edirlər. Kreml xarici işlər naziri Sergey Lavrovun dili ilə İrəvana mesaj yolladı ki, Rusiyanın hərbi kontingenti yoldakı etiraza müdaxilə etməyəcək". 

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...