Logo

Nazir birgə hərbi təlimlərin sayını açıqladı

Nazir birgə hərbi təlimlərin sayını açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə 20-dək hərbi təlimi keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.

Nazir deyib ki, hər il sayı çoxalmaqla Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə tədbirləri həyata keçirilir:

“Xüsusi qeyd etmək istəyirəm ki, 2022-ci ildə bizim 20-dək Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlərimiz keçirilib. Son təlimimiz də “Qardaş yumruğu” idi. Bu təlimdə də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığı və döyüş qabiliyyətinin bir daha yüksək səviyyədə olduğu nümayiş etdirildi”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR