Logo

Putin Kadırovu Aleksandr Nevski ordeni ilə təltif etdi

Putin Kadırovu Aleksandr Nevski ordeni ilə təltif etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova Aleksandr Nevski ordeni ilə təltif edib.

Sfera.az-ın məlumatına görə, bu barədə Kadırov öz “Telegram” kanalında yazıb.

"Dostlar! Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına və böyük dövlət əhəmiyyətli vəzifələrin səmərəli həllinə verdiyim böyük töhfəyə görə yüksək mükafata - Aleksandr Nevski ordeni ilə təltif olundum. Vətənimizin rifahı naminə xidmətdə göstərdiyim təvazökar xidmətlərimin belə qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Hamımız üçün əsl lider və əsl vətənpərvərliyin bariz nümunəsi olan Ali Baş Komandanın əlindən belə əlamətdar mükafatı almaqdan hədsiz qürur duyuram!", - deyə Kadırov bildirib.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR