Rusiya Çinlə əməkdaşlığı daha da GÜCLƏNDİRİR - Medvedev Çin Prezidenti ilə nə danışıb? 

Rusiya Çinlə əməkdaşlığı daha da GÜCLƏNDİRİR - Medvedev Çin Prezidenti ilə nə danışıb? 

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev Pekində Çin Prezidenti Si Cinpinlə görüşüb.

 

Sfera.az bildirir ki, səfər dekabrın 20-21-də baş tutub. Medvedev Çin sədrinə Rusiya Prezidenti Vladimir Putinin mesajını çatdırıb. Danışıqlarda həmçinin beynəlxalq problemlər, o cümlədən Ukrayna böhranı müzakirə olunub. 

 

“Medvedev Çin dövlətinin başçısına Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mesajını çatdırıb, bu mesaj xüsusilə, Rusiya-Çin siyasi dialoqunun və praktiki əməkdaşlığın inkişaf etdirilməsini əhatə edib. Tərəflər Moskva və Pekinin ən aktual dünya problemlərinə yanaşmalarının üst-üstə düşdüyünü bəyan ediblər. Görüş zamanı BMT və digər çoxtərəfli platformalar, o cümlədən ŞƏT, BRİKS və G20 daxil olmaqla, strateji xarici siyasət koordinasiyası mövzusuna toxunulub. Ukrayna böhranı da daxil olmaqla, postsovet məkanındakı vəziyyət müzakirə edilib”, - deyə qurumun bəyanatında vurğulanıb.

 

Məlumata görə, Rusiya-Çin arasında Putin və Si Cinpinin qarşıya qoyduğu ümumi vəzifələr kontekstində əməkdaşlığın intensivləşdirilməsinə dair razılıq əldə olunub. Medvedevin Çin sədri ilə danışıqları pandemiyanın başlanğıcından bəri ilk təkbətək görüş olub.

 

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin tərkibində Medvedevdən başqa, “Vahid Rusiya” Baş Şurasının katibi, Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçak və Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev də yer alıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın aliment ödəməyən keçmiş ərini yaba ilə döydü

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəs...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...

Milli Məclisin sədrindən deputata: "Zarafatınız yaraşmadı..."

"Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alanda onlardır".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilın  növ...