Vasif Talıbovu bu şəxs əvəzləyəcək - FOTO + DOSYE

Vasif Talıbovu bu şəxs əvəzləyəcək - FOTO + DOSYE

Naxçıvan Ali Məclisinin bu gün keçirilən qapalı iclasında sədr Vasif Talıbovun istefa verməsindən sonra onun səlahiyyətləri Ali Məclis sədrinin birinci müavininə həvalə olunub. 


Sfera.az xəbər verir ki, sədrin birinci müavini Azər Yadulla oğlu Zeynalovdur.

 

Azər Zeynalovun dosyesini təqdim edirik:

 

1970-ci ildə Şərur rayonunun Şərur şəhərində anadan olub. 1977-1987-ci illərdə Şərur şəhəri 1№-li orta məktəbində təhsil alıb.

 

1987-1992-ci illərdə Lipetsk Politexnik İnstitutunda təhsil alaraq Sənaye nəqliyyatı ixtisası üzrə mühəndis peşəsinə yiyələnib.

 

1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.

 

1993-cü ildə Şərur rayon Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində fəaliyyət göstərib. 1994-cü ildə Şərur rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.

 

2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ildən isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

2003-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan Hissəsinin rəisi vəzifəsində işləyib. 2005-2010-cu illərdə III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclis Sədrinin I müavini vəzifəsində çalışıb. Yenidən IV çağış Naxçıvan Muxtar Respublikası All Məclisinin deputatı seçilib, Ali Məclisin birinci sessiyasında All Məclis Sədrinin müavini və "İqtisadi siyasət komitəsinin sədri və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. Ali Məclisin birinci sessiyasında All Məclis Sədrinin müavini və iqtisadi siyasət komitəsinin sədri vəzifələrinə seçilib.

 

2010-cu ildə Azərbaycan Respublikasının "Vətənə xidmətə görə 3-cü dərəcǝli orden”i ilə təltif olunub.Ailəlidir, 2 övladı var.


Qeyd edək ki, Naxçıvan MR-in Konstitusiyasının 30-cu maddəsinə əsasən, Ali Məclis sədri öz səlahiyyətlərini daimi icra edə bilmədikdə, yəni sədr istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə onun səlahiyyətlərinin icrası sədrin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

 

Orxan

 



 


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....