Moskvanın QARABAĞ SİYASƏTİ: “Yeni sürprizlər olacaq”
“Rəsmi Bakı bəyan etdi ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildə hazır olacaq. Digər tərəfdən, Türkiyə həmin vaxtadək hərbi güclə Azərbaycanda təmsil olunacağını bildirir. Bu isə o deməkdir ki, həm Tehran, həm də Moskva üçün Cənubi Qafqaz, özəlliklə də Azərbaycan üzərindən güclə dəhliz açmağın bədəli ağır ola bilər”.
Sfera.az bildirir ki, bunu politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, belə olduğu halda Moskva-Tehran cütlüyünün iki mümkün yolu qalır:
“Birincisi, Ermənistanı silahlandırmaq və Azərbaycanla müharibəyə cəlb etməklə Moskvanın regiona hərbi müdaxiləsinə yol açmaqdır. İkincisi isə eyni addımı Qazaxıstan və Türkmənistan üzərindən atmaq - amma burda da vəziyyət göründüyü qədər sadə deyil. Moskvanın Mərkəzi Asiyaya müdaxiləsi ona hələlik loyal qalmağa çalışan Pekinin sərt reaksiyasına səbəb ola bilər. Bu isə onsuz da beynəlxalq təcrid vəziyyətində olan Rusiya üçün onun "geosiyasət oyununun" sonu demək olardı. Daha doğrusu, uğursuz sonluğu..”.
Ekspert qeyd edib ki, sonda Rusiya öz geosiyasi hədəflərini reallaşdırmaq üçün Cənubi Qafqazdan keçməyə cəhd edəcək:
“Görünür, elə həmin səbəbdən də Moskvanın Qarabağ üzərindən apardığı siyasətdən yeni "sürprizlər" gözləməli olacağıq”.
Türkan