Paşinyan Təhlükəsizlik Şurasını yenidən topladı
11:53 / 19.12.2022
8436
Ermənistanda Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilir.
Sfera.az-ın “Hraparak.am” saytına istinadən verdiyi məlumata görə, iclasa baş nazir Nikol Paşinyan sədrlik edir.
İclasda TŞ üzvlərindən başqa, prezident Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan, Baş nazir Aparatının rəhbəri Arayik Arutyunyan, maliyyə naziri Tiqran Xaçatryan, Müdafiə nazirinin müavini Karen Brutyan Konjoryan da iştirak edib.
Paşinyan çıxışı zamanı qeyd edib ki, sessiyada geniş spektrli məsələlər, o cümlədən regionda yaradılmış hərbi-siyasi vəziyyət müzakirə ediləcək.
Günay Rəsulqızı