Logo

Rusiya MN-dən Şuşa-Xankəndi yolu ilə bağlı AÇIQLAMA

Rusiya MN-dən Şuşa-Xankəndi yolu ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Laçın yolunda vəziyyət dəyişməyib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya MN-in bülletenində bildirilib.

“Rusiya sülhməramlı kontingentin 7 saylı postu ərazisində (Şuşadan Xankəndiyə ayrılan yoldakı post, aksiya orada keçirilir – red.) avtomobil yolunda vəziyyət dəyişməyib. Rusiya sülhməramlı komandanlığı Ermənistan və Azərbaycandan vəziyyətin həlli ilə bağlı təkliflərinə cavab gözləyir”, - bülletendə qeyd edilib.

Həmçinin bildirilib ki, rus sülhməramlıları öz missiyalarını davam etdirirlər:

“30 müşahidə məntəqəsində sutkalıq monitorinq davam edir. Rus sülhməramlı kontingentin məsuliyyət zonasında pozuntu və təxribat qeydə alınmayıb”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR