Logo

Oruc Zalovun yerinə təyin edilən general-mayor kimdir? - DOSYE

Oruc Zalovun yerinə təyin edilən general-mayor kimdir? - DOSYE
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün general-mayor Oqtay Kərimov daxili işlər naziri Vilayət Eyvazovun müavini təyin edilib.

Sfera.az xəbər verir ki, o, yeni vəzifədə 70 yaşı tamam olan general-leytenant Oruc Zalovu əvəz edib.

Oqtay Kərimov daha əvvəl Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Az sonra isə O.Kərimov həmin idarənin rəisi təyin edilib.

Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR