Laçın yolundakı aksiya Vardanyanı erməni diasporunun hədəfinə gətirir

Laçın yolundakı aksiya Vardanyanı erməni diasporunun hədəfinə gətirir

“Rusiya sülhməramlı qüvvələrinin komandiri Andrey Volkov Rusiyanın Qarabağdakı nümayəndəsi Ruben Vardanyanla birləşərək  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və QHT nümayəndələrinin ermənilərin müvəqqəti məskunlaşdığı ərazilərə keçməsinin qarşısını almağa çalışırlar”.

Bunu Sfera.az-a açıqlamasında politoloq  Əlimusa İbrahimov deyib. O qeyd edib ki, sözügedən şəxslər birlikdə törətdikləri ekoloji terror və talançılığın izlərinin aşkar  edilməsindən narahatdırlar:

 

“Azərbaycanın yataqların monitorinqi ilə kifayətlənməyəcəyi onlara artıq məlumdur. Növbəti monitorinq ölkəmizin digər struktur və nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçiriləcək. Bu baxımdan Volkov-Vardanyan, yaxud Rusiya-Ermənistan tandemi digər sahələrdə də Azərbaycana qarşı törətdikləri beynəlxalq hüquqa və bəşəriyyətə zidd əməllərinin ifşa olunacağından qorxurlar. Ən başlıcası isə bu gün erməni və rusların iddia etdiyi kimi Qarabağda qalan erməni tör-töküntülərinin sayının heç də 120 min deyil, 20-30 min olduğunun gələcək monitorinqlər nəticəsində müəyyən olunacağı onları təşvişə salır. Bu fakt Vardanyanla erməni diasporunun əlaqələrinə də ciddi ziyan vuracaq. Çünki Ermənistan rəhbərliyi ilə birləşən dələduz iş adamı diaspora və erməni fondlarından 120 minlik erməni əhalisi adına pul yığır”.

 

Ekspert bildirib ki, Laçın dəhlizini  bağlamaqla Volkov-Vardanyan cütlüyü həm də  Xankəndi və onun ətrafında yaşayan, dözülməz şəraitdən bezmiş ermənilərin oradan çıxmasını süni şəkildə əngəlləməyə çalışırlar:

 

“Çünki mövcud şəraitdə qışı orada keçirmək mümkün deyil və ermənilər hər  an oranı tərk etməyə çalışır. Erməni tör-töküntülərinin Xankəndi və digər məntəqələri tərk etməsi isə onların heç birinə sərf etmir. Azərbaycan nümayəndələri həmçinin  İran-Ermənistan terror qruplarının Qarabağdakı fəaliyyətlərinin əhatə dairəsini müəyyən edə biləcəklər. Bu fakt erməni və rus sülhməramlısının beynəlxalq terrorizmlə məşğul olmasını sübuta yetirə bilər.  Digər tərəfdən artıq heç kimə sirr deyil ki, Qarabağda rus və İran hərbi müşavirləri Ukraynada istifadə edilmək üçün mütəxəssislər hazırlayır - bu məqsədlə İran tərəfindən artıq 20-yə yaxın təlimçi burada yerləşdirilib. İrandan Xankəndi və oradan da Ermənistan vasitəsilə Avropaya göndərilən narkotik və psixotrap maddələrin dövriyyəsinin sübut olunacağı da istisna deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...