“Paşinyan “görüşəcəm” deyib, qaça da bilər...” - Açıqlama

“Paşinyan “görüşəcəm” deyib, qaça da bilər...” - Açıqlama

Kremlin mətbuat katibi Dmitri Peskov  dünən Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı açıqlama verib.

“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün baş tutması üzərində iş gedir, onlar ən azı MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində danışa bilərlər”, deyə o, bildirib.

 

Şuşa-Xankəndi yolunda baş verənlər fonunda Əliyev-Paşinyan-Putin görüşü baş tuta bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov xatırladıb ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammiti hər il dekabrın sonlarına yaxın keçirilir:

 

“Əlbəttə, bu sammitin yenidən keçirilmə ehtimalı var. Ola bilsin ki, bu çərçivədə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutsun. Amma bunu xüsusi təşkilatlanma formasında keçirməyə fikrimcə, ehtiyac yoxdur. Onsuz da sammit zamanı 15-20 dəqiqəlik aralıqda tərəflər arasında üçlü, ikili görüşlərin olması ehtimalı var. Bu baxımdan Peskovun dedikləri realdır. Lakin formatın necə olacağı təşkilat məsələlərindən asılıdır”.

 

Müsahibimiz qeyd edib ki, sözügedən görüş ehtimalı həm də Paşinyandan asılıdır:

 

“Nikol o qədər də sağlam düşüncəli siyasətçi deyil. Ola bilər, “görüşəcəm” deyib, bunu etməsin. Eyni zamanda görüşün keçirilməsinin tərəflər arasında indiki gərginliyə ciddi təsir edəcəyini də düşünmürəm. Proses məhz Rusiyanın özündən qaynaqlanır. Bugünkü gərginliyin arxasında da bu ölkə dayanır. Formal xarakter daşıyan görüş keçirilə bilər, amma ciddi nəticələr gözlənilmir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...