“Ermənistanın əsassız bəyanat irəli sürəcəyi gözlənilirdi” - ŞƏRH 

“Ermənistanın əsassız bəyanat irəli sürəcəyi gözlənilirdi” - ŞƏRH 

Ermənistan Xarici İşlər Nazirliyi dünən bəyanat yayaraq, Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham edib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Turan Rzayev qeyd edib ki, Ermənistanın əsassız bəyanat irəli sürəcəyi, həm də erməni lobbisi və diasporunun xarici ölkələrdə aksiyaların məğzini təhrif edərək dezinfomasiya xarakterli iddialar ilə çıxış edəcəyi gözlənilirdi:

 

“Azərbaycan artıq erməni tərəfinin bu və ya başqa formada təxribatlarına, dezinformasiya yaymasına, hadisəni təhrif etməsinə alışıb. Buna görə də hər zaman erməni tərəfindən bir addım öndəyik. Məsələ ondadır ki, Bakı ermənilərin bu addımının qarşısını almaq üçün də müvafiq tədbirlər görüb”.

 

Ekspert sözügedən tədbirləri bu cür izah edib:

 

“Birincisi, Bakı rəsmi şəkildə elan etdi ki, ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Bu, ermənilərin “Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir” iddiasını çürütməyə kifayət edir. İkincisi, Azərbaycan ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə hadisə ilə bağlı lazımi məlumatları verib. Bu da öz növbəsində rəsmi Bakının İrəvanın yaratmaq istədiyi beynəlxalq təzyiqlərin qarşısını almağa yönəlib”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...