Hərbi attaşelərlə 2022-ci ilin yekununa dair toplantı keçirildi - FOTO

Hərbi attaşelərlə 2022-ci ilin yekununa dair toplantı keçirildi - <span style=\"color: #ff0000;\">FOTO</span>
Kateqoriya məlum deyil13.12.22, 12:409253 👁️
T

Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib.

 

Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.

 

Qonaqlar həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.

 

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...