Ukraynanın baş nazirindən Parisə MÜRACİƏT: “Xahiş edirik…” 

Ukraynanın baş nazirindən Parisə MÜRACİƏT: “Xahiş edirik…” 

Ukraynanın Baş naziri Denis Şmıqal Fransadan silah istəyib.

 

Sfera.az bildirir ki, bu barədə baş bazir Fransanın “LCI” telekanalındakı çıxışı zamanı danışıb.

 

“Bizə hər gün istifadə etdiyimiz silahlar, o cümlədən raketlər lazım olacaq. Sizdən xahiş edirik ki, bizə tanklar, daha doğrusu, fransız “Leclerc” tankları göndərəsiniz”, deyə Denis söyləyib.

 

“Le Monde” qəzeti isə yazıb ki, Qərb ölkələrində, o cümlədən ABŞ-da silah ehtiyatları Kiyevə tədarüklər səbəbindən kritik dərəcədə aşağı səviyyəyə çatıb və onların imkanları çox məhduddur. Qəzetin məlumatına görə, Fransa bu günə qədər Ukraynaya 18 Sezar özüyeriyən silahı, genişləndirilmiş döyüş sursatları və gücləndirilmiş zirehləri olan 6-dan 12-yə qədər maşın verib. Fransa Silahlı Qüvvələr Nazirliyi də həmçinin, 1979-cu ildə istifadəyə verilmiş 155 mm çaplı TRF1 yedəkli haubitsaların Ukraynaya təhvil verilməsini təsdiqləyib.

 

Fransa artıq haubitsalardan başqa Ukraynaya zirehli texnika, tank əleyhinə “Milan” raketləri, “Mistral” daşınan zenit-raket kompleksləri, uniformalar, quru yeməklər, radiasiya, kimyəvi və bioloji müdafiə, ilk tibbi yardım dəstləri təhvil verib. Həmçinin, qəzetin yazdığına görə, Paris Kiyevə “bütün çaplı” mərmi və patron və yanacaq göndərib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR