Rusiya ABŞ ilə danışıqları Türkiyədə aparmaq istəyir: “İstanbul əlverişli yerdir”

Rusiya ABŞ ilə danışıqları Türkiyədə aparmaq istəyir: “İstanbul əlverişli yerdir”

İstanbul Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlar üçün əlverişli yerdir.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin İstanbulda Türkiyə tərəfi ilə danışıqlardan sonra jurnalistlərə verib.

 

O bildirib ki, Rusiya tərəfi hələlik Amerika rəsmilərinin hərəkətlərində konstruktiv yanaşma görmür: “Deyə bilərəm ki, istənilən təmas faydalıdır, lakin təəssüf ki, biz Amerika tərəfinin konkret nəticələrə yönəlmiş konstruktiv yanaşmasını görmürük".

 

Ötən həftə Dövlət Departamenti Moskva və Vaşinqtonun İstanbulda ikitərəfli məsələləri müzakirə etdiyini açıqlayıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu görüşün texniki təmas xarakteri daşıdığını bildirib.

 

Xatırladaq ki, sonuncu dəfə Rusiya və ABŞ-ın yüksək səviyyəli nümayəndələri də Türkiyədə görüşüblər. Onların görüşü bu ilin noyabrın 14-də Ankarada keçirilib. Tədbirdə Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns iştirak edib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR