Avropadan Rusiya və İrana növəbti SANKSİYA: Bu gün müzakirələr BAŞLAYIR

Avropadan Rusiya və İrana növəbti SANKSİYA: Bu gün müzakirələr BAŞLAYIR

Avropa İttifaqı (Aİ) Rusiya və İrana qarşı yeni sanksiyalara hazırlaşır.

 

Sfera.az xəbər verir ki, Aİ-nin xarici işlər nazirləri bu gün Brüsseldə toplaşaraq Rusiya və İrana qarşı sanksiyaları müzakirə edəcəklər.

 

Xarici işlər nazirlərinin toplantısında Rusiyaya qarşı 9-cu sanksiya paketi müzakirə olunacaq. Yeni sanksiyalar Rusiya və İranın ümumilikdə 200-ə yaxın şirkət və şəxsini əhatə edəcək.

 

Sanksiyalarla yanaşı Ukraynaya silah alınması üçün 2 milyard avro vəsaitin köçürülməsi də müzakirə olunacaq. Avropalılar Rusiya və İrana qarşı sanksiyalarda konsensus əldə etməyə bilər. Buna səbəb Macarıstanın mövqeyidir. Macarlar yeni sanksiya paketinə veto qoya biləcəyinə dair xəbərdarlıq edib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR