Lavrov Ceyhun Bayramova Alma-Ata bəyanaməsini xatırlatdı – Kreml nə planlayır?

Lavrov Ceyhun Bayramova Alma-Ata bəyanaməsini xatırlatdı – Kreml nə planlayır?

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə yenə Alma-Ata bəyannaməsindən danışıb. Lavrovun fikrincə, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi məhz bu bəyannamə əsasında imzalanmalıdır. Rəsmi Bakı isə sülh sazişinin Alma-Ata bəyannaməsi ilə yanaşı BMT Nizamnaməsi əsasında imzalanması gərəkliyini bildirir.

Maraqlıdır,  Moskvanın Alma-Ata bəyannaməsi üzərində israr etməsinin səbəbi nədir?  Gözlənilən sülh müqaviləsi nə zaman imzalana bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı xatırladıb ki, Praqa müzakirələrində Ermənistan tərəfi Azərbaycanın Alma-Ata bəyannəməsi ilə ərazi bütövlüyünü tanıdğını deyirdi:

 

“Amma o dövrdə, yəni bəyannamənin imzalandığı ərəfədə Xankəndi Dağlıq Qarabağ Muxtar Vilayətinin şəhəri idi. O cümlədən Xankəndidə hazırkı duruma oxşar proseslər gedirdi. Lavrovun Alma-Ata bəyannəməsi üzərində təkid etməsinin səbəbi bundan ibarətdir ki, onlar Dağlıq Qarabağ  ətrafındakı ərazilərə status istəyirlər. Ona görə də buna qətiyyən yol vermək olmaz. Azərbaycan rəhbərliyi də bununla razılaşmır. Digər tərəfdən, Qarabağda yaşayan ermənilərin hüquqlarının təmin olunması, təhlükəsizliyi ilə bağlı zəmanət verilir və işlər də aparılır”.

 

Müsahibimiz Rusiyanın oyun oynadığını vurğulayıb:

 

“Bütün dünya Xankəndini bizim ərazimiz kimi tanıyır. Qaldı ki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə, yaxın perspektivdə bu, gözlənilmir. Hələ ki, bunun üçün çox işlər görülməlidir, həll edilməyən məsələlər çoxdur. 2023-cü ildə prosesləri izləyib fikir bildirmək olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...