Logo

Ukraynadakı səfirimiz Misir Qasımlının həbsindən danışdı: "Axırı yaxşı olacaq..."

Ukraynadakı səfirimiz Misir Qasımlının həbsindən danışdı: "Axırı yaxşı olacaq..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Ukrayna məhkəməsinin çıxardığı hökmə görə, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyev 8 il azadlıqdan məhrum edilib.

Uzun müddətdir çəkən prosesin belə nəticələnməsi ciddi müzakirə yaradıb. Vətəndaşlarımızın həbsində erməni amilinin olduğu, Azərbaycanın Ukraynadakı səfirliyinin isə məsələyə laqeyd yanaşdığı iddia edilir. Prosesin belə yekunlaşmasına görə səfir Elmira Axundova da tənqid olunur.

Xanım səfir bildirib ki, Misir Qasımlının məsələsi ilə bağlı səfirlik nə lazımdırsa edib:

“Axırı yaxşı olacaq. Səfirlik yenə də nə lazımdırsa, edəcək. Amma məhkəmə işlərinə biz qarışa bilmirik…”

E.Axundova Misir Qasımlı və Sübhan Quliyevin həbsində erməni amilinin olub-olmaması sualını isə belə cavablandırıb: “Bu sual Xarici İşlər Nazirliyinə, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayevə ünvanlasa, daha münasib olar…” (Pravda.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR