Laçın dəhlizində qurulacaq gömrük postu ilə bağlı AÇIQLAMA

“Laçın dəhlizinin girişində qurulacaq mini gömrük postunda rentngen skanerlər olacaq”.
Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı erməni mənbələrinə istinadən bildirib. Onun sözlərinə görə, postda Azərbaycan buradan keçəcək avtomobillərin sərnişinlərini, eləcə də baqajlarını onlayn rejimdə izləyə biləcək:
“Bu, daha mümkün versiyadır. Rusiya Azərbaycanın dəhlizdə post qurmasını istəmir, amma Bakının tələbləri qarşısında da duruş gətirmək çətinləşib. Xüsusilə qanunsuz daşıma, silah-sursatın keçirilməsi faktlarının aşkarlanması fonunda”.
Ekspert qeyd edib ki, hər iki tərəfin ortaq məxrəcə gəlməsi də istisna deyil: “Bakı gömrük postunun avadanlıqlarını - rentgen skanerləri təmin edəcək, postda rus hərbçiləri dayansa da, Azərbaycan onlayn rejimdə prosesi izləyə biləcək”.
Türkan