Logo

Rusiya Ukraynaya yenidən bu silahlarla HÜCUM ETDİ

Rusiya Ukraynaya yenidən bu silahlarla HÜCUM ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya 3 həftəlik fasilədən sonra yenidən İran pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ukraynaya hücum edib.

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, 2022-ci il dekabrın 6-dan 7-nə keçən gecə Ukraynanın cənub-şərq istiqamətində və şərq istiqamətində 14 ədəd “Şahed-136/131” kamikadze PUA-sı aşkarlanaraq məhv olunub. PUA-ların 11-i cənub-şərq istiqamətində, 3-ü şərq istiqamətində vurulub. Bunlardan başqa, bir “Orlan-10” PUA və daha 2 təyyarə Ukrayna hava məkanında məhv edilib.

Qeyd edək ki, Rusiya Ukrayna şəhərlərinə və mühüm infrastruktur obyektlərinə zərbələr endirmək üçün İranın “Şahed-136” PUA-dan fəal şəkildə istifadə edir. Noyabrın 17-dən Rusiya hərbçiləri tərəfindən İrana məxsus kamikadze PUA-dan istifadəyə fasilə verilmişdi. İndiyə qədər isə 400-dən çox İran kamikadze PUA-dan istifadə olunub ki, onların da əksəriyyəti məhv edilib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR