“İlham Əliyevlə görüşün təşkili üzərində iş aparırıq” – Eduard Ağacanyan

“İlham Əliyevlə görüşün təşkili üzərində iş aparırıq” – Eduard Ağacanyan

Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Eduard Ağacanyan Ermənistan tərəfinin dekabr ayı ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün təşkili üzərində işləyəcəyini deyib. Digər tərəfdən isə ölkə başçımız noyabrın 25-də keçirilən beynəlxalq tədbirdə dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını açıqlayıb. Səbəb kimi də Ermənistan tərəfinin danışıqlarda Fransa prezidentinin iştirakında israrını göstərib.

Maraqlıdır, dekabrda Əliyev-Paşinyan görüşü baş tuta bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov qeyd edib ki, Ermənistan tərəfi danışıqlarla bağlı müəyyən razılığa gəlməyə çalışır:

 

“Əslində Ermənistan Baş naziri Nikol Paşiyanın Fransa Prezidentini də bu görüşdə görmək istəməsi ilə bağlı açıqlaması nəbz yoxlanışı kimi də qiymətləndirilə bilər. Paşinyan bu sözləri deməklə danışlar masasına Makronu da cəlb edə biləcəyi ehtimalını müəyyənləşdirmək istədi. Lakin Azərbaycan Prezidentinin qəti etirazını görəndən sonra düşünürəm ki, Ermənistan danışıqlar prosesinin Fransasız davam etdirməyi planlaşdırır. Fikrimcə, dekabrda görüş baş tuta bilər, ilin bitməsinə hələ 25 gün qalıb. Bu isə Paşinyanın Fransa prezidentini görüşə cəlb etməmək istiqamətində açıqlama verməsindən sonra baş tuta bilər. Yaxud, bu, Ermənistan tərəfi rəsmi şəkildə Fransanın danışıqlarda iştirak etməyəcəyini bildirəndən sonra  mümkündür”.

 

Müsahibimiz bildirib ki, Fransa prezidenti olmadan danışıqlar prosesinin keçirilməsi həm də Avropa İttifaqının maraqlarına uyğundur:

 

“Çünki Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu günə qədər mümkün qədər çalışıb ki, öz iştirakı ilə üçtərəfli görüşlər baş tutsun. Fransanın iştirakı isə “məclisi pozmaq” kimi dəyərləndirilə bilər. Bu baxımdan hesab edirəm ki, Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Eduard Ağacanyanın da açıqlaması hökumət daxilində hansısa razılaşmanın olduğunu göstərir. Yəni Fransa prezindeti olmadan da danışıqlar davam etdirilməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...