Laçın dəhlizi uğrunda hərbi əməliyyat başlayacaq? – “Lazımdır, gecikirik...”

Laçın dəhlizi uğrunda hərbi əməliyyat başlayacaq? – “Lazımdır, gecikirik...”

Son günlər erməni nəşrləri Laçın dəhlizi ətrafında problemlərin dərinləşməsindən yazır,  Azərbaycanın ya yolu bağlayacağı, ya da orada nəzarət-buraxılış məntəqəsi yerləşdirəcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Ermənistan mətbuatının iddiasına görə, Azərbaycan ordusu artıq Laçın yoluna nəzarəti almağa hazırlaşır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy deyib ki,  kimin nə deməsindən asılı olmayaraq, Laçın yoluna nəzarət hazırda ölkəmiz üçün prioritet olmalıdır:

 

“Qəbul etsək də, etməsək də həmin yol Qarabağın açarıdır. Əgər yola nəzarət bizdə olsaydı, bu gün Xankəndidəki mitinqi görmək, Xocalıdan, Xocavənddən ordumuzun atəşə tutulmasının şahidi olmaq məcburiyyətində qalmayacaqdıq. Hesab edirəm ki, yaxın zamanda növbəti əməliyyatların şahidi ola bilərik. Bu günlərdə Müdafiə Nazirliyinin Rusiyaya yönəlik açıqlamalarını da məhz bu cür başa düşmək lazımdır. Problem Rusiyadır və biz bunu açıq etiraf etməyə başlamışıq”.

 

Müsahibimiz hesab edir ki, bu məsələnin həllində yubanırıq:

 

“Təəssüf ki, bəzi məsələlərdə gecikirik. Rusiya Ukraynada yetərincə güc itirib, beynəlxalq müstəvidə reytinqi düşüb. Bundan maksimum şəkildə istifadə etmək lazımdır. Ruslar Qarabağda potensial savaş üçün gözümüzün qarşısında ordu saxlayır, təlimlər keçirir, Xankəndini ruslaşdırmaq hədəfindədirlər. Buna görə də Azərbaycan ordusu hər şeyə rəğmən hərəkətə keçməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı...

Fransa Suriya ilə bağlı konfrans keçirəcək

Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Sfera.az bildirir ki, bu barədə Reuetrs məlumat yayıb. "...

Bloqqer müalicəsinə pul yığmaq üçün uşağına narkotik verdi

Avstraliyada bir bloqqer ianə toplamaq və izləyici sayını artırmaq üçün bir yaşlı qızını zəhərlədiyinə görə mühakimə olunacaq. Sfera.az bildirir ki, körpə ağ...

Ona Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?

Braziliya məhkəməsi keçmiş prezidentə Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?   Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jai...

Qəzzada atəşkəs sazişi imzalandı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.   ...

FHN Sumqayıtdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat dax...