“Rusiyanın Ermənistan və Azərbaycana təzyiqləri boşa çıxıb”  - Fərhad Məmmədov

“Rusiyanın Ermənistan və Azərbaycana təzyiqləri boşa çıxıb”  - Fərhad Məmmədov

“Rusiya son bir ayda həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərmək üçün bütün potensialından istifadə edib. Lakin təzyiqlər boşa çıxıb və əks nəticə verib”.


Sfera.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Rusiyanın vasitəçilik imkanlarını dəyərləndirərkən bildirib. 


F.Məmmədov qeyd edib ki, Rusiyanın Qarabağdakı “Vardanyan layihəsi” Bakının Rusiya sülhməramlıları ilə bağlı ritorikasını sərtləşdirib. Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yekun sənədlərini ictimaiyyətə sızdırmaqla faktiki olaraq qurumu sabotaj etdi, onu Ermənistan cəmiyyətində nüfuzdan salmağa çalışdı.


Politoloq hesab edir ki, bundan sonra Rusiyanın vasitəçiliyi ilə dəyişiklik etmək üçün hökmən Bakı və İrəvanın prioritetləri nəzərə alınmalıdır:

“Rusiya nə təklif edəcək? Hökmən aydın dili və öhdəlikləri olan sülh müqaviləsi hazırlanmalıdır. Həmin müqavilə sərhəd təhlükəsizliyi məsələsini də əhatə etməlidir. Sülh müqaviləsi hazırlanan zaman tərəflərin öhdəliklərin yerinə yetiriləcəyinə dair zəmanətlər olmalıdır. Rusiya sadəcə giriş çıxışlarda deyil, bütün dəhliz boyu təhlükəsizliyi təmin etməlidir”.


F.Məmmədov vurğulayıb ki, Cənubi Qafqaz Rusiya üçün Ukraynadakı müharibədən sonra ən proqnozlaşdırıla bilən regionlardan birinə çevrilib və bunu dəyərləndirmək, əlavə imkanlar yaratmaq lazımdır:

 

“Müharibədən sonra Rusiyanın regionun bütün ölkələri ilə ticarəti artıb. Ticarət Ermənistanla 75%, Azərbaycanla 30 faiz, Gürcüstanla 50% artıb. Ticarət dövriyyəsinin artımı maliyyə sektorunda qarşılıqlı fəaliyyət mexanizmlərinin tapılmasını ehtiva edir.


Rusiya anlamalıdır ki, Azərbaycanda ictimaiyyət qəzəblidir, Ermənistanda isə səssiz dayanmır. Rusiyanın bütün tədbirləri, Vardanyanlar, kütləvi aksiyalar və başqaları Azərbaycan cəmiyyətində qorxu yaratmır, əks təsir yaradır. 


Digər tərəfən nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə Rusiyanın əleyhinə səs vermədi. 


Region Rusiya üçün vacib olan nəqliyyat kommunikasiya layihələri üçün hazırdır, enerji sahəsində əməkdaşlıq böyükdür”.


Politoloq qeyd etdi ki, Rusiya mövcud vəziyyəti düzgün təhlil etməli və vasitəçilikdə bunu nəzərə almalıdır:

Rusiya doğru mövqe tutmasa, 44 günlük müharibədən sonrakı konyuktur dəyişəcək və Rusiyanın vasitəçilikdəki inhisarçılığını saxlamaq mümkün olmayacaq”. 


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...