Paşinyanın Brüssel planı: Makronu oyuna niyə daxil edib? - ŞƏRH

Paşinyanın Brüssel planı: Makronu oyuna niyə daxil edib? - ŞƏRH

Ermənistan Baş Naziri Nikol Paşinyanın KTMT-nin sammitindəki demarşının Rusiya Prezidenti Vladimir Putinlə razılaşdırılması haqqında Ermənistan kütləvi informasiya vasitələrində müəyyən məlumatlar verilməkdədir. Onların əsaslandırdığına görə Putin özü KTMT üzvlərinin Azərbaycana qarşı çıxmaq istəməmələrindən narazıdır və bu narazılığı Paşinyanın vasitəsi ilə biruzə verir. 


Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bu məsələdən digər dövlətlərin istifadə edə biləcəyini deyib:


"Paşinyan KTMT-ni ciddi tənqid atəşinə tutur və bu amorf təşkilatdan çıxmaqla hədələyir. Bundan istifadə edən Putin Azərbaycanla isti münasibətlərdə olan KTMT üzvlərini öz mövqelərinə yenidən baxmağa məcbur edir. Bununla da Ermənistanın narazılığının qarşısını müəyyən qədər almağa çalışır. Belə məlum olur ki, Ermənistanın KTMT-dən narazılığını az qala bu təşkilatdan çıxaraq NATO-ya qoşulmasına hazırlıq kimi qiymətləndirən siyasətçilər bir qədər tələsirlər. Rusiya yaxın zamanda Ermənistanla vidalaşmaq fikrində deyil və NATO ilə yaxınlaşmaq istəyən keçmiş SSRİ ölkələrinin vəziyyəti onun gözü önündədir".

 

Politoloq Paşinyanın danışıqlar prosesini pozmaq niyyətində olduğunu bildirib: 

 

"Dekabrın əvvəlində Belçikada keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan başçılarının görüşünün də Paşinyanın Fransa Prezidenti Emmanuel Makronu devrəyə soxması cəhdi məlum olduqdan sonra Paşinyanın son bir ay ərzində vurnuxmasının əsl səbəbi aydın olur. Elə bu faktın özü də Ermənistan baş nazirinin bağlı qapılar arxasında gizli siyasi avantüralar həyata keçirməsinə dəlalət edir. Həqiqətən də, görünən odur ki, Paşinyan danışıqlar prosesini dayandırmaq və pozmağa istiqamətlənən addımlar atır. İlk növbədə KTMT və Rusiyanı prosesdən uzaqlaşdırır, sonra çərçivə sazişi dediyi qeyri-müəyyən bir təklifi irəli sürür.

Nəhayət, Brüsseldə Şarl Mişeldən yaxa qurtara bilməyəcəyini dərk edib Emmanuel Makronu dövrəyə soxur. Maraqlı budur ki, Paşinyan öz oyunlarında Putin və Makron kimi siyasətçilərdən də ustalıqla istifadə edir. Putini başa düşmək müəyyən qədər asandır. Çünki Ukrayna ilə müharibənin qızğın vaxtında Ermənistana sərf etməyə vaxt və enerji yoxdur. Makron isə sanki Paşinyanın və erməni diasporunun muzdlu qulu kimidir. Görüşdə iştirak etmək məsələsi də Paşinyandan çıxır.

 

Görəsən, bu barədə Makronun fikrini öyrənən olubmu? Bu adam, bəlkə, 7 noyabrda heç Fransada olmayacaq?


Digər tərəfdən Şarl Mişel də özünü çox qətiyyətsiz aparır. Necə ola bilər ki, Paşinyan Şarl Mişelin vasitəçiliyini qənaətbəxş saymasın? Paşinyan kim olur ki, Şarl Mişelin üstünə başqasını gətirir? Yəqin, bu məsələlərə də Avropa mentaliteti prizmasından yanaşmaq lazımdır. Və sonda artıq məlum olacaq ki, Paşinyan bütün dünya qarşısında sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağı barədə sözü yerinə yetirə bilmir və ona görə də vurnuxur. Yaxud elə hesab edir ki, sülh sazişi ətrafındakı danışıqları da 30 il uzada bilər. Amma yanılır və dəmir yumruğun hələ onların başının üzərində olduğunun ciddiliyini başa düşmür.
Amma bizdən xatırlatmaqdır. Sonra deməsin ki, bilmədim".

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...