“Rusiya Ukraynadan öncə bu ölkə ilə müharibəyə hazırlaşırmış” - ŞOK İDDİA

“Rusiya Ukraynadan öncə bu ölkə ilə müharibəyə hazırlaşırmış” - ŞOK İDDİA

"Ukraynaya hücumdan əvvəl, Rusiya Yaponiya ilə lokal müharibəyə hazırlaşırmış". 

 

Sfera.az xəbər verir ki, bunu "Newsweek" dərgisinə istinadən politoloq Ərəstun Oruclu bildirib. 


Politoloq qeyd edib ki, 2021-ci ilin yayında Rusiya Yaponiya ilə lokal qarşıdurmaya gedə bilərdi:

 

“"Newsweek" dərgisi bu məlumatın Rusiya FTX-nin (Federal Təhlükəsizlik Xidməti) əməkdaşlarının yazışmasından əldə edildiyini yazıb. Dərgi yazışmanın orjinallığını FTX-nin keçmiş və hal-hazırda iş başında olan iki əməkdaşının təsdiqlədiyi də bildirir.  Həmin ərəfədə Rusiya mətbuatında Yaponiyaya qarşı bu ölkədə faşizmin hələ də qaldığını iddia edən çoxsaylı məqalələrin yer alması da lokal qarşıdurmaya hazırlıq xarakteri daşıyıb. Bundan başqa Rusiyada Yaponiyaya yaxın ərazilərdə REM (radioelektron mübarizə) vasitələri ilə təhciz olunmuş çoxsaylı helikopterlər uçuşlar etməyə başlayıb. Həmçinin FTX 2021-ci il avqust ayının əvvəllərində gözlənilmədən II Dünya Müharibəsi dövrü ilə bağlı bir sıra sənədləri ictimailəşdirib. Həmin sənədlərdə yapon xüsusi xidmət orqanlarının əməkdaşlarının sovet vətəndaşlarına qarşı törətdiyi işgəncələrdən, insanlar üzərində aparılan bioloji eksperimentlərdən bəhs edilir.  Ekspertlər hesab edirlər ki, həmin addımın məqsədi Rusiya cəmiyyətini müharibəyə hazırlamaq olub”. 


Ə.Oruclu hesab edir ki, analoji "motivlərlə" analoji addımlar Ukraynaya qarşı başladılan müharibə ərəfəsində atılmışdır.

 

Politoloq Rusiyanın müharibə istəyində hansı məqsədlərin güdüldüyünün isə hələ də dəqiq bilinmədiyini vurğulayıb:

 

“Açıq qalan sual isə budur ki, Rusiyaya müharibə hansı səbəbdən lazım olub? Bu sualın cavabı yalnız Putin rejimi süquta uğrayacağı halda aydın ola bilər”.

 

Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Fransada hökumətə qarşı etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib

Fransada Bayrou hökumətinə ilk etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib - Maksim Qabrielyan   Fransanın Baş naziri Fransua Bayru hökumətinə sol...

Halitin serial üçün dəyişimi bəyənilmədi -VİDEO

Baş rollarını Halit Ergençlə Mərve Dizdarın paylaşdığı "Kral kaybederse" serialının ilk tanıtım çarxı yayımlanıb.   Sfera.az xəbər ver...

Saxta araq onlarla insanın ölümünə səbəb olub

Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında saxta araq içilməsi nəticəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Sfera.az bildirir ki, zəhərlənən...

Bakıda plastik cərrah əməliyyatda canlı yayım açdı - VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.   Sfera.az lent.az-a istinadən bildirir ki, son zamanlard...

Sumqayıtda ağır qəza- 2 ölü, 3 yaralı

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadi...

Hindistanda hərbi paradda robot itlər yürüşü ilə tamaşaçıları təəccübləndiriblər - VİDEO

Yanvarın 15-də keçirilən paradda Hindistan ordusu texniki nailiyyətlərini nümayiş etdirib. Parad zamanı Cənub dairəsinin yeni komandiri yeni təyinatı münasibəti...