Conson Kiyevin fəxri vətəndaşı adına LAYİQ GÖRÜLDÜ - FOTO
Britaniyalı politoloq, keçmiş baş nazir Boris Conson Kiyevin fəxri vətəndaşı adına layiq görülüb.
Sfera.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.
"Kiyev Şəhər Şurası Ukraynanın böyük dostu Boris Consona Kiyevin fəxri vətəndaşı adının verilməsi haqqında qərarı təsdiqləyib" - deyə Kliçko bildirib.
Vitali Kliçko Boris Conson Ukraynaya həm sülh, həm də çətin müharibə dövründə səfər etdiyini bildirib. “Conson bunu etdi və mən əminəm ki, o, Böyük Britaniya və dünya liderlərinin Ukraynaya lazımi yardımı göstərməsi üçün mümkün olan hər şeyi etməyə davam edəcək”- deyə o, əlavə edib.
O, ingilis siyasətçisinə dəstəyə görə təşəkkür edib və fəxri Kiyev vətəndaşlığını təqdim etmək üçün onu növbəti səfərə Ukrayna paytaxtına dəvət edib.
Xatırladaq ki, Boris Conson Kiyevə ilk dəfə apreldə gəlib. O, Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya gələn G7 ölkələrinin ilk rəhbəri oldu. Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson genişmiqyaslı işğaldan əvvəl Qərb siyasətçilərinin Rusiya-Ukrayna müharibəsinin perspektivləri ilə bağlı müxtəlif fikirlərə malik olduğunu demişdi. Onun sözlərinə görə, Almaniyada Ukraynanın təslim olmasının vəziyyətdən ən yaxşı çıxış yolu olacağına inanırdılar.
Qeyd edək ki, Conson Ukraynaya “Marşal planı” üçün lobbiçilik etmək niyyətindədir.
Aynil
Sfera.az