“Hər şey razılaşdırılmayıb, amma...” – Peskov Rusiya sülhməramlılarının mandatından danışdı

“Hər şey razılaşdırılmayıb, amma...” – Peskov Rusiya sülhməramlılarının mandatından danışdı

KTMT-nın Yerevanda baş tutmuş sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması mövzusuna da toxunulub.

 

Sfera.az xarici mediya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Bu mövzuya səmimi, birbaşa, konstruktiv şəkildə toxunulub. Hələ hər şey razılaşdırılmayıb, həllini gözləyən müəyyən nüanslar var, amma bu mövzu gündəmdədir", - o, qeyd edib.

 

Peskov vurğulayıb ki, Rusiya tərəfi sülh yolu ilə nizamlanmaya gətirib çıxaracaq bütün mümkün səyləri alqışlayır.

 

“Rusiya çox mühüm rol oynamaqda davam edir. İrəvan və Bakı Rusiyanın bütün təkliflərini qəbul edib. Biz isə sabitliyə nail olmaq üçün ölkələrin bu xidmətlərə ehtiyac duyacağı müddətdə missiyamızı davam edəcəyik”, - deyə dövlət başçısının mətbuat katibi vurğulayıb.

 

Xatırladaq ki, ötən gün KTMT iclası çərçivəsində Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan liderləri gündəliyə daxil edilmiş məsələləri müzakirə ediblər.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...