Putinlə Paşinyan təkbətək görüşdülər – SÖHBƏTİN MƏTNİ  

Putinlə Paşinyan təkbətək görüşdülər – SÖHBƏTİN MƏTNİ  

Ötən gün KTMT-nın İrəvanda keçirilən sammitindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

 

Sfera.az erməni mediasına istinadən bildirir ki, Paşinyan Putinlə görüşündəki çıxışında bunları deyib:

 

“Hörmətli Vladimir Vladimir, bu gün biz KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında bütün məsələlər üzrə konsensusa gələ bilmədik, 17 qərardan 15-i qəbul edildi. Bununlıa belə, ümid edirəm ki, bu formatda ikitərəfli münasibətlərimizin gündəliyini müzakirə etməyə nail olacağıq. Xüsusi vurğulamaq lazımdır ki, ikitərəfli iqtisadi əlaqələrimiz yüksək templə inkişaf edir. Bu il Ermənistandan Rusiya Federasiyasına ixrac 80 faiz artıb. Təbii ki, bu, logistika zəncirlərində müəyyən dəyişikliklərlə bağlıdır, lakin bu, iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradan faktdır.

 

Biz bu gün həm də regional problemləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik və müzakirə edəcəyik. Mən sizin köməyinizlə Azərbaycan Prezidenti ilə üçtərəfli bəyanatlarla əldə edilmiş razılaşmaların saxlanmasından danışdım. Bunlar çox vacib məsələlərdir. Eləcə də regionumuza uzunmüddətli sülh gətirəcəyinə ümid etdiyimiz gündəliyi müzakirə etməliyik”.

 

Öz növbəsində Vladimir Putin bildirib:

 

“Hörmətli Nikol, ilk növbədə, dəvətə görə sizə təşəkkür etmək, sizi KTMT-na uğurlu sədrliyin başa çatması münasibətilə təbrik etmək istərdim. Doğrudan da, Ermənistan o işi çox yüksək səviyyədə, fəal surətdə həyata keçirdi. Təbii ki, bütün məsələlərdə razılığa gəlmək nadir haldır, lakin ümumilikdə iş çox intensiv və faydalı oldu. Əgər ötən il dövriyyə 12 faiz artıbsa, cari ilin 9 ayında artıq 67 faiz artıb. Bəli, bu günün xüsusiyyətlərinə əsaslanır, lakin şübhəsiz ki, bu, gələcək üçün də təməl olacaq. Buna heç bir şübhə yoxdur.

 

Regional prtoblemləri, o cümlədən regionda tənzimləmə ilə bağlı məsələləri müzakirə etdik, nəqliyyat infrastrukturunun blokdan çıxarılmasından danışdıq. Çox şadam ki, bu kimi tədbirlər çərçivəsində ikitərəfli görüş keçirmək imkanı var. Dəvət üçün təşəkkür edirəm”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Moskva və Tehran "gizli razılıq" əldə edib? - İDDİA

İran Prezidenti Məsud Pezeşkianın Rusiya-İran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması planlaşdırılan Moskva səfəri ərəfəsində İranın ali dini lide...

Fransada hökumətə qarşı etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib

Fransada Bayrou hökumətinə ilk etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib - Maksim Qabrielyan   Fransanın Baş naziri Fransua Bayru hökumətinə sol...

Halitin serial üçün dəyişimi bəyənilmədi -VİDEO

Baş rollarını Halit Ergençlə Mərve Dizdarın paylaşdığı "Kral kaybederse" serialının ilk tanıtım çarxı yayımlanıb.   Sfera.az xəbər ver...

Saxta araq onlarla insanın ölümünə səbəb olub

Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında saxta araq içilməsi nəticəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Sfera.az bildirir ki, zəhərlənən...

Bakıda plastik cərrah əməliyyatda canlı yayım açdı - VİDEO

Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.   Sfera.az lent.az-a istinadən bildirir ki, son zamanlard...

Sumqayıtda ağır qəza- 2 ölü, 3 yaralı

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadi...